Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı razılığa gəlmək üçün tərəflərə əlavə təkliflə veriləcək. Modern.az bildirir ki, bu barədə “Exo Moskvı” radiosuna müsahibəsində Fransanın xarici işlər naziri Alen Jüpe deyib.
A.Jüpe Rusiya prezidentinin səylərini alqışladığını deyib. Onun sözlərinə görə, Rusiya sülh razılaşmasının əldə olunması üçün çox səy göstərib.
“Kədərlidir ki, Kazan görüşü heç bir nəticə vermədi”-deyə Jupe bildirib.