Modern.az

Bayraq Meydanı ətrafından köçürüləcək sakinlər deputatdan kömək istəyiblər (FOTOLAR)

Bayraq Meydanı ətrafından köçürüləcək sakinlər deputatdan kömək istəyiblər (FOTOLAR)

Təhsil

1 İyul 2011, 16:51

Azərbaycan Respublikası Dövlət Bayrağı Meydanı ətrafında aparılan quruculuq işləri ilə əlaqədar dövlət ehtiyacları məqsədilə ətraf ərazilərdə yerləşən binaların sakinlərinin köçürülməsi məsələsi meydana çıxıb. Sakinlərlə iş icraçıları arasında bir sıra problemlər yaranıb. Bu məqsədlə sakinlər Səbail rayonundan deputat seçilən Fuad Muradova müraciət ediblər. Seçicilərinin müraciətinə əsasən 28 iyun 2011-ci il tarixində deputat onlarla yaşadıqları ərazidə görüşüb.
Deputatın qərargahından Modern.az-a bildirilib ki, sakinlər deputata bir neçə məsələ ilə bağlı müraciət ediblər. Əsas problemlər söküləcək mənzillərin hansı meyarlarla ölçülməsi, kiçik sahəli mənzil sahiblərinin mənzil hüquqlarının təmini, kompensasiyalar və s. olub.
Deputat sakinlərin fikirlərini və təkliflərini dinləyib və bununla bağlı aidiyyatı orqanlar qarşısında məsələ qaldıracağını bildirib.
İyulun 1-də  Fuad Muradov Milli Məclisdə həmin sakinlərin bir qrupu ilə yenidən görüş keçirib. Görüş zamanı deputat apardığı bir sıra danışıqların nəticələrini seçiciləri ilə müzakirə edərək məsələnin müsbət istiqamətdə həll olunacağını vurğulayıb.
Razılaşdırılmayan bir sıra məsələlər ətrafında yenidən məsələ qaldıracağını bildirib. Sakinlər onları narahat edən problemlər ilə yaxından maraqlandığına görə Fuad Muradova təşəkkürlərini bildiriblər.






Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə