Modern.az

Abel Məhərrəmov Qazaxıstandan gələn nümayəndələri qəbul edib

Abel Məhərrəmov Qazaxıstandan gələn nümayəndələri qəbul edib

Təhsil

1 İyul 2011, 17:00

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov  ölkəmizdə səfərdə olan Qazaxıstanın Təhsil Naziri Bakıdjan Jumaqulovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

BDU haqqında ətraflı məlumat verən akademik Abel Məhərrəmov universitetin yaranma və inkişaf tarixindən, beynəlxalq əlaqələrindən bəhs edib.

Rektor Qazaxıstanın ali təhsil ocaqları ilə əməkdaşlığa əhəmiyyət verməsindən, universitetlərin daha sıx və səmərəli fəaliyyət göstərmələri üçün birgə proqram və layihələrin mümkünlüyündən danışıb.

Öz növbəsində Bakıdjan Jumaqulov  Azərbaycan universitetləri, xüsusən Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

İkitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə nümayəndə heyəti BDU-nun strukturu, laboratoriyaları və elmi-praktik tədqiqat mərkəzləri, Nano Araşdırmalar Mərkəzi  ilə tanış olub. Qonaqlar BDU-da fəaliyyət göstərən Abay Kunanbayev adına Mərkəzə də baş çəkərək, ölkəmizdə Qazax mədəniyyətinə verilən dəyərdən məmnun qaldıqlarını bildirbilər.




Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə