Modern.az

“Azərsu” xəbərdarlıq edir: "İçməli suyun verilməsində fasilələr olacaq"

“Azərsu” xəbərdarlıq edir: "İçməli suyun verilməsində fasilələr olacaq"

Təhsil

1 İyul 2011, 18:03

Qaradağ rayonunun Sahil qəsəbəsi və Səbael rayonunun “20-ci sahə” yaşayış massivində əhalinin içməli su təchizatının yaxşılaşdırılması üçün Kür magistral kəmərindən yeni xətlər çəkilir. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, yeni xətlərin kəmərə birləşdirilməsi işləri ilə əlaqədar iyulun 1-i axşam saatlarından Kürdən Bakıya su ötürən 3 magistral xəttin biri ilə su verilişi müvəqqəti dayandırılacaq.
“Azərsu” ASC istehlakşıların nəzərinə çatdırır ki, xətlərin qoşulması ilə əlaqədar iyulun 1-i və 2-də Hacıqabul rayonunun yaşayış məntəqələrinin, Səngəçal, Sahil, və Xocasən qəsəbələrinin bir hissəsinin içməli su təminatında məhdudiyyətlər olacaq.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə