Modern.az

Qubada maşın dərəyə aşıb, 7 qadın və 3 kişi yaralanıb

Qubada maşın dərəyə aşıb, 7 qadın və 3 kişi yaralanıb

Təhsil

29 İyul 2011, 13:00

İyulun 28-də saat 23.05 radələrində Quba şəhərinin çıxışında İspik kənd sakini Afər Fərhadov idarə etdiyi "UAZ-3962" markalı avtomaşını dərəyə aşırıb. DİN mətbuat xidmətinin məlumatına görə, hadisə nəticəsində xəsarət almış A.Fərhadov və sərnişinləri, qızı Sonagül, həmyerliləri Asiya Eldarova, Nübar Fərhadova, Kəmalə Fərhadova, Nazənin Fərhadova, Xamirə Qədirova, Firudin Qədirov, Aida Eldarova və Alekseyevka kənd sakini Rəvan Qədirov xəstəxanaya yerləşdiriliblər.
Quba RPŞ tərəfindən araşdırma aparılır.


Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə