Modern.az

Bakıda fırıldaqçı "polis" yaxalanıb

Bakıda fırıldaqçı "polis" yaxalanıb

6 Avqust 2011, 13:18

Daxili İşlər Nazirliyinin məlumatına görə, avqustun 5-də Səbail rayonu ərazisində özünü polis əməkdaşı kimi təqdim etmiş Lökbatan qəsəbə sakini Yalçın Şirinov saxlanılıb. Məlum olub ki, o, sənədləri yoxlamaq adı ilə Gürcüstan vətəndaşları Revaz Qumbadze və Avtandil Balkvadzeni saxlayıb və onlardan 80 manat alaraq qaçıb. Bu zaman Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutulub və Səbail RPİ 9-cu PB-nə təhvil verilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə