Modern.az

Vergilər Nazirliyi "Billur” şadlıq sarayında lotoxana aşkarlayıb

Vergilər Nazirliyi "Billur” şadlıq sarayında lotoxana aşkarlayıb

23 Sentyabr 2011, 12:37

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin və 2 saylı Ərazi Vergilər İdarəsinin Sumqayıt və Xırdalan şəhərlərinin müxtəlif yerlərində birgə keçirdiyi operativ nəzarət tədbirləri zamanı vətəndaş Hüseynov Vahid Ələsgər oğlunun  Sumqayıt şəhəri Nizami küçəsi 34-cü məhəllədə yerləşən "Göyərçin məişət xidməti" obyektində, Qədəşov Ramil Ağadadaş oğlunun Sumqayıt şəhəri 17-ci mikrorayon "Billur şadlıq sarayı"nın yanıda yerləşən obyektində,  Rəhimov Elmin Rəhim oğlunun Sumqayıt şəhəri 9-cu mikrorayon 72 saylı binanın yanında yerləşən obyektində, İsmayılov Vüqar Ramazan oğlunun Sumqayıt şəhəri Koroğlu prospekti 47-ci məhəllədə yerləşən obyektində, İlyasov Tehran Eldar oğlunun Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən "Şəms ticarət mərkəzi"nin arxasındakı kafedə və Musayev Alim Oruc oğlunun həmin ünvanda yerləşən "Şeş-beş" kafesində qanunsuz olaraq loto oyunlarının təşkil olunduğu aşkar edilib.

Nazilik bəyan edib ki, vergi əməkdaşları tərəfindən həmin obyektlərdə müvafiq avadanlıqlar aşkarlanaraq götürülüb.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə