Modern.az

Cəbhədə atışma: iki hərbçimiz şəhid olub, ermənilər də itki verib

Cəbhədə atışma: iki hərbçimiz şəhid olub, ermənilər də itki verib

6 Oktyabr 2011, 11:23

Cəbhə xəttində atəşkəsin növbəti dəfə pozulması itkilərlə müşayiət olunub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildidlib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 5-də saat 18.30-dan 18.40-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi;
- saat 16.20-dən 16.30-dək Tərtər  rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən;- oktyabrın 6-da saat 01.30-dan 01.45-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 02.05-dən 02.10-dək və 01.45-dən 01.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 01.55-dən 02.05-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, düşmənin həmləsi dəf edilərkən qarşı tərəf bir neçə hərbçisini itirib.

Atışma zamanı Azərbaycan tərəfi də itki verib. Cəbhənin Tərtər və Tovuz rayonları istiqamətində Azərbaycan Ordusunun əsgəri, 20 yaşlı Novruz Qaryağdı oğlu Əliyev və müddətdən artıq xidmət edən hərbi qulluqçu 22 yaşlı Süleyman Abbas oğlu Əsgərov şəhid olublar.

Ermənistanın “Panarmenian” agentliyi isə xəbər verib ki, oktyabrın 5-də 3 erməni əsgəri Azərbaycan snayperləri tərəfindən vurulub. Onlardan biri ölüb, ikisi yaralanıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə