İctimai Televiziya və “TRT Avaz”-ın ortaq layihəsi olan və bütün türk dünyası üçün nəzərdə tutulan “Yeni Gün” verilişi oktyabrın 17-dən start götürəcək.
Bu barədə Modern.az saytına İctimai Televiziyanın ictimai əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədov məlumat verib.
Layihənin geçikməsinin səbəbinə gəlincə, T.Məmmədov bildirib ki, əslində sentyabr ayından fəaliyyətə başlamalı olan veriliş müəyyən səbəbə görə geçikib: “Bu, “TRT Avaz”ın yeni mövsümə yeni studiyada başlamaq istəyi ilə bağlıdır. İndi “TRT Avaz” bu verilişi yeni studiya ilə həyata keçirəcək”.
Modern.az