Modern.az

Etibar Məmmədov fəallaşır

Etibar Məmmədov fəallaşır

Təhsil

6 Oktyabr 2011, 17:43

AMİP Siyasi Şuranın iclası keçirillib. Partiyaının mətbuat və informasiya xidmətindən saytımıza bildirilib ki, iclasda AMİP-in 9 oktyabra təyin edilmiş Mərkəzi Şura iclasının keçirilməsində yaradılmış süni çətinliklər, 2 aprel aksiyalarına qurulan sifarişli məhkəmələrin çıxartdığı hökmlər, ölkədə və regionda baş verən hadisələr əsas muzakirə predmeti olub.

Siyasi Şura partiyanın Mərkəzi Şura iclasının təyin olunduğu vaxt keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlandığı müraciəti ilə parelel olaraq özəl mülkiyyətdə olan yerlərin icarəyə götürülməsi istiqamətində səylərin davam etdirilməsini məqsədəmüvafiq sayıb.

2 aprel aksiyaçılarına verilən hökmə, ölkədə davam edən məhkəmə proseslərinə etiraz edən AMİP Siyasi Şurası, bunu hakimiyyətin insan hüquqlarına və fundamental azadlıqlara hörmətsizlik, eləcə də, götürdüyü öhdəliklərə zidd addım kimi qiymətləndirib. Eyni zamanda hakimiyyətdən repressiyaları, hər cür zorakılıqları dayandırmağı, bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasını, həmçinin, müstəqil mətbuata basqınların dayandırılmasını tələb edib.

Ölkədəki və regiondakı vəziyyəti müzakirə edən Siyasi Şurada qonşu ölkədə cərəyan edən hadisələrin Azərbaycana təsiri, enerji təhlükəsizliyi ilə bağlı böyük güclərin regonda son dövrlər aktivləşməsinə də xüsusı diqqət yetirilib. Siyasi Şura hesab edib ki, enerji resurslarına nəzarət uğrunda aparılan qlobal mübarizədə Azərbaycanın maraqlarının qorunması üçün hakimiyyət tezliklə köklü islahatlar aparmalı, hökümətlə-xalq arasındakı ucurum aradan qaldırılmalı və milli həmrəyliyə nail olunmalıdır.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə