Modern.az

Səlim Müslümov: “Azərbaycanda 1813-cü ilə qədər sosial müdafiə sistemi olmayıb”

Səlim Müslümov: “Azərbaycanda 1813-cü ilə qədər sosial müdafiə sistemi olmayıb”

Təhsil

6 Oktyabr 2011, 17:54


Sumqayıt şəhərində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş “Müstəqil Azərbaycanın sığorta-pensiya sistemi: inkişaf tarixi” mövzusunda dəyirmi masa keçirilib. Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov xatırladıb ki,  20 il bundan əvvəl - 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti müstəqillik haqqında Konstitusiya Aktı qəbul edərək Azərbaycanın müstəqil dövlət olduğunu bütün dünyaya bəyan edəndə ölkə cox çətin sınaqlarla üzləşmişdi.

E.Əzizov müstəqillik dövründə sığorta-pensiya sistemində keçirilən islahatların əhalinin etibarlı sosial müdafiəsinə imkan yaratdığını, əmək pensiyalarının dəfələrlə artırıldığını vurğulayıb.
DSMF sədri, iqtisad elmləri doktoru, professor Səlim Müslümov öz məruzəsində sığorta-pensiya sisteminin tarixi barədə ətraflı məlumat verib. S.Müslümov bildirib ki,  Azər­bayc­an döv­lət­lə­ri və xan­lıq­la­rın­da 1813-cü ilə qə­dər so­si­al müda­fiə sis­te­mi ol­mayıb. Müsəl­man dünya­sı­nın tər­kib his­sə­si olan Azər­bayc­an­da da bütün ic­ti­mai müna­si­bət­lər əsa­sən so­si­al müda­fiə cə­hət­lə­ri­nə söy­kə­nən şə­ri­ət qa­nun­la­rı ilə ni­zam­la­nır­dı. La­kin bun­lar pen­siya si­s­te­mi­nin yox, onun bə­zi ele­ment­lə­ri­nə ox­şar tə­zahürlər idi. Çar Ru­siy­a­sı dövründə Azər­bayc­an­da pen­siya si­s­te­mi (1813–1917) barədə danışan DSMF sədri qeyd edib ki,  20-ci əs­rin əv­vəl­lə­rin­də Ru­siya im­pe­riy­a­sın­da sığ­or­ta müna­si­bət­lə­ri­ni tən­zim­ləy­ən bir ne­çə nor­ma­tiv akt qə­bul edil­miş­di. S.Müslümov Azərbaycan Xalq Cümhuriyyətinin pen­siya si­s­te­mi (1918–20) haqqında da tədbir iştirakçılarına məlumat verib.  Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti hö­ku­mə­ti pen­siya mə­sə­lə­lə­ri üzrə 2 əsas qə­rar qə­bul et­miş­di: “Pen­siya haq­qın­da qa­nun lay­i­hə­si­nin tər­tib olun­ma­sı üçün ko­mis­siya ya­ra­dıl­ma­sı haq­qın­da” (28.08.1918); “Pen­siya ni­zam­na­mə­si­nin ha­zır­lan­ma­sı üzrə ko­mis­siy­a­nın ya­ra­dıl­ma­sı haq­qın­da” (27.08. 1919). 1-ci qə­rar pen­siya qa­nun­ve­ric­i­li­yi­nin lay­i­hə­si­nin ha­zır­lan­ma­sı, 2-ci qə­rar isə mülki və hər­bi ida­rə­lə­rin pen­siya ni­zam­na­mə­lə­ri­nin ra­zı­laş­dı­rıl­ma­sı üçün ko­mis­siy­a­nın ya­ra­dıl­ma­sı­nı nə­zər­də tu­tur­du.

S.Müslümov nəzərə çatdırıb ki, SSRİ dövründə Azər­bayc­a­nın pen­siya si­s­te­mi (1920–91) so­si­al sığor­ta üzrə pen­­siya qa­nun­ve­ric­i­liyi müstəqil res­pub­lika qa­nunvericiliyi çər­çi­və­sin­də dey­il, ümum­it­ti­faq qa­nun­ve­ric­i­liyi çər­çi­və­sin­də in­ki­şaf edib. So­vet pen­siya tə­mi­na­tı si­s­te­mi “haqq ödə­mə­dən sığ­or­ta” prin­si­pi ilə qu­rul­muş­du. Zə­ru­ri ma­liyyə və­sa­it­lə­ri yal­nız döv­lət büdcə­si və ya müəs­si­sə­lə­rin ödə­ni­ş­lə­rin­dən götürülürdü.

“Azər­bayc­an xal­qı­nın öz döv­lət müstə­qil­liy­i­ni bər­pa et­mə­si haq­qın­da Kon­sti­tu­siya ak­tı elan edil­dik­dən so­nra re­s­pub­li­ka­nın döv­lət tə­si­sat­la­rı­nın ye­ni­dən təş­ki­li­nə ba­ş­lan­dı. Azər­bayc­an Re­s­pub­li­ka­sı Pre­zi­den­ti­nin 16 dekabr 1991-ci il tarixli Fər­ma­nı ilə SSRİ Pen­siya Fon­du­nun Azər­bayc­an şö­bə­si Azər­bayc­an Re­s­pub­li­ka­sı­nın Pen­siya Fon­du­na çe­v­ril­di”- deyən S.Müslümov sonrakı illər ərzində qəbul edilən qanunvericilik aktları və görülən digər işlər barədə məlumat verib.  Onun sözlərinə görə, so­si­al sığ­or­ta və pen­siya tə­mi­na­tı­nın ma­liyy­ə­ləş­di­ril­mə­si sa­hə­sin­də ida­rə­et­mə­nin tək­mil­ləş­di­ril­mə­si məq­sə­di­lə Azər­bayc­an Re­s­pub­li­ka­sı Pre­zi­den­ti­nin 30 senty­abr 1992-ci il ta­rix­li “Azər­bayc­an Re­s­pub­li­ka­sı Döv­lət So­si­al Müda­fiə Fon­du­nun ya­ra­dıl­ma­sı haq­qın­da” Fər­ma­nı ilə Azər­bayc­an Re­s­pub­li­ka­sı Pen­siya Fon­du və Azər­bayc­an Re­s­pub­li­ka­sı­nın So­si­al Sığ­or­ta Fon­du ba­za­sın­da Azər­bayc­an Re­s­pub­li­ka­sı Döv­lət So­si­al Müda­fiə Fon­du (DSMF) ya­ra­dıl­dı.
“Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi sistemində köklü dəyişikliklərin başlanğıcı Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası”nın (2001-2005-ci illər) reallaşdırılması ilə qoyulmuşdur”.
İslahat tədbirləri çərçivəsində fərdi uçotun və informasiya texnologiyalarının bütün ölkə ərazisində tam tətbiqi üçün hazırlıq işləri 2005-ci ildə başa çatdırılmış, bununla da ölkədə yeni pensiya sisteminin işləməsi üçün zəruri infrastruktur hazırlanmışdır. İslahatların mühüm həlqəsi kimi 2004-cü ildən etibarən pensiya və müavinətlərin əhaliyə çatdırılmasında müasir texnologiyaların tətbiqinə nail olunmuşdur. Bunun nəticəsində pensiya-müavinətlərin əhaliyə çatdırılmasında uzun illərdən bəri mövcud olan neqativ hallar aradan qaldırılmışdır. Şəhərlərdə yaşayan pensiyaçıların 100 faizinin, kəndlərdə isə 98,7 faizinin,  ümumilikdə ödənişdə olan pensiyaların 99,4 faizinin pensiyalarını plastik kartlarla ödənilməsi təmin edilmişdir. Bu göstərici üzrə Azərbaycan dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur.  S.Müslümov vurğulayıb ki, ölkədə həyata keçirilən islahatların uğurla davam etdirilməsi nəticəsində 01 yanvar 2006-cı il tarixdən sığorta-pensiya sistemi ilə dövlət sosial yardım sistemlərinin bir-birindən ayrılması və beynəlxalq standartlar əsasında fəaliyyət göstərməsi təmin edilib. 2006-cı il yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının baza hissəsinin istehlak qiymətləri indeksi nəzərə alınmaqla bütün pensiyaçılar üzrə bərabər məbləğdə artırılması, sığorta hissəsinin isə indeksləşdirilməsini nəzərdə tutur ki, bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüququnun etibarlı müdafiəsini ifadə edir. Nəticədə yeni sistem fəaliyyətə başladığı dövrdən əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4,6 dəfə artıb.

Yeni sığorta-pensiya sisteminin fəaliyyəti dövründə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulmuş, vətəndaşların pensiya hüquqlarının fərdi uçotun məlumatları əsasında müəyyənləşdirilməsi və beləliklə də pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilmişdir. Bu məqsədlə 1 milyon 930 mindən çox  sığortaolunana sosial sığorta nömrəsi verilmiş və onlar üçün fərdi hesab açılıb.

Həyata keçirilən islahatlar nəticəsində əldə edilmiş nəticələr ölkəmizin sığorta-pensiya modelinin müxtəlif beynəlxalq uğurlar qazanması ilə müşahidə edilib. Hazırda yeni sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunması, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi tədbirləri Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” çərçivəsində davam etdirilir.
Daha sonra tədbirdə millət vəkili, professor Musa Qasımlı, millət vəkili Leyla Abdullayeva və digər şəxslər çıxış ediblər.


Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə