Modern.az

Cəmil Həsənli Azərbaycanı tərk edib...

Cəmil Həsənli Azərbaycanı tərk edib...

Təhsil

7 Oktyabr 2011, 09:24

Tarixçi alimin Qərb ölkələrinin birində yaşayıb işləyəcəyi barədə xəbər yayılıb.
Bakı Dövlət Universitetinin professoru, tarixçi alim Cəmil Həsənli Azərbaycanı tərk edib.

Bu sensasiyalı xəbər ona yaxın mənbədən “Bizim Yol”a verilib. Mənbə bildirib ki, Cəmil Həsənli məşhur Qərb universitetlərinin birində çalışacaq. O, xeyli vaxtır ölkədən gedib, uzun illər çalışdığı Bakı Dövlət Universitetindən də ərizəsi ilə çıxıb. Mənbə bildirib ki, tarixçi alim Azərbaycanda yaranmış vəziyyətə etiraz olaraq xaricdə yaşamağa və işləməyə qərara verib. Xəbərlə bağlı C.Həsənli ilə əlaqə saxlaya bilmədik, onun ölkə xaricində olduğunu öyrəndik. 
Xatırladaq ki, Cəmil Həsənli Milli Məclisin iki çağırış deputatı olub, ötən parlament seçkilərində bütün rəqiblərini udsa da, MSK politoloq Rasim Musabəyovun qalib gəldiyini elan edib. 
Cəmil Həsənli ziyalı olaraq üzərinə düşən missyanı yerinə yetirib, daim ölkənin problemlərini qaldırıb, ondan çıxış yollarını göstərib. Bu istiqamətdə mətbuatdakı mütəmadi çıxışları cəmiyyətdə böyük rəğbətlə qarşılanıb. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə