Modern.az

Qarabağın Azərbaycanlı İcmasından AŞ PA deputatlarına sərt etiraz

Qarabağın Azərbaycanlı İcmasından AŞ PA deputatlarına sərt etiraz

7 Oktyabr 2011, 12:17

Onların bu addımı sərsəm, axmaq, beynəlxalq hüquq normalarını pozan məsələdir

Avropa Şurası Parlament Assambleyasında 32 deputatın Azərbaycanın işğal altında olan ərazilərində yardaılmış separatçi qurumun – “Dağlıq Qarabağ Respublikası”nın müstəqil dövlət kimi tanınması ilə bağlı birgə bəyanatla çıxış etməsi Qarabağ Azərbaycanlı İcması tərəfindən kəskin iradla qarşılanıb.

İcmanın rəhbəri Bayram Səfərov Modern.az saytına bildirib ki, hər hansı bir deputatın fikri, onun dövlətinin fikri deyil: “Bu gün dünyada elə bir dövlət yoxdur ki, bu qondarma qurumun müstəqilliyini tanısın. Dağlıq Qarabağ Azərbaycanın işğal olunmuş ərazisidi. Hətta bu torpaqları işğal edən Ermənistanın özü seperatçıların müstəqilliyini tanımır. Ona görə mən 32 deputatın bu bəyanatını  sərsəm, axmaq, beynəlxalq hüquq normalarını pozan addım kimi qiymətləndirirəm. Fransa özü Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi qəbul edir. Ona görə Fransanın 10 deputatının belə bir bəyanata imza atması öz dövlətinin iradəsinə qarşı çıxması, öz prezidentinin iradəsinə qarşı çıxması deməkdir”.

B.Səfərov deyib ki, bu fikirlər həmin deputatların özlərinin şəxsi fikirləri, hüquqdan kənar fikirlər ola bilər: “Mən hesab edirəm ki, əgər o deputatlar Qarabağla, Cənubi Qafqazla bağlı kiçik bir məlumata malik olsaydılar, bu kimi addımı atmazdılar. Hesab edirəm ki, həmin deputatlar bu cür addımları ilə Cənubi Qafqazda bərqərar edilməsi gözlənilən sülh prosesinə əngəl törətmək istəyirlər. İşğal olunmuş bütün torpaqlar Azərbaycanın əraziləridi, Azərbaycanın ərazisi də olacaq. Bunu hər kəs yaxşı bilməlidi. Fransalı deputatlar da, italiyalı, hollandiyalı, serbiyalı deputatlar da”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə