Bu gün millət vəkili Asim Mollazadənin rəhbərlik etdiyi Demokratik İslahatlar Partiyasının (DİP) III qurultayı keçirlir. Qurultaya partiyanın 54 rayon-şəhər təşkilatından təxminən 156 nümayəndə seçilib və onlardan 126 tədbirdə iştirak edir.
Qurultayda DİP sədri A.Mollazadə hesabatla çıxış edib. Bildirib ki, partiyanın yaranmasından cəmi 6 il ötməsinə baxmayaraq, bu qısa müddət ərzində təşkilat bir sıra uğurlara nail olub.
Qurultayda partiyaya növbəti sədr seçkisi keçirilib. Asim Mollazadə növbəti müddətə Demokratik İslahatlar Partiyasının sədri seçilib.
Modern.az