Modern.az

Fransa Prezidenti Azərbaycanı tərk etdi

Fransa Prezidenti Azərbaycanı tərk etdi

7 Oktyabr 2011, 18:26

Oktyabrın 7-də günorta Bakıya gələn Fransa Respublikasının prezidenti Nikola Sarkozinin Azərbaycana bir neçə saatlıq rəsmi səfəri başa çatıb. (AzərTAc)
Sarkozinin Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi ilə Fransa İnkişaf Agentliyi arasında FİA Qrupunun Azərbaycanda fəaliyyətinə dair anlaşma memorandumu imzalanıbr.
Sənədi Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev və Fransa tərəfdən İnkişaf Agentliyinin direktoru Jak Muanvil imzalayıb.
Yola salma zamanı hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 
Nikola Sarkozini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə