Modern.az

İlyas İsmayılov Elxan Şükürlünün istefasina münasibət bildirdi

İlyas İsmayılov Elxan Şükürlünün istefasina münasibət bildirdi

12 Oktyabr 2011, 16:35

Bu gün “Ədalət” Partiyası sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini Elxan Şükürlü tutduğu vəzifədən, həmçinin Siyasi Şura və partiya üzvlüyündən istefa verib.

E. Şükürlü mətbuata yazılı açıqlamasında bildirib ki, istefasına səbəb uzun müddətdir bir çox məsələlərə baxışda partiya rəhbərliyi ilə fikirlərinin üst-üstə düşməməsi və bu vəziyyətin şəxsi münasibətlərə təsir etmək səviyyəsinədək yüksəlməsidir.

Modern.az məsələyə "Ədalət” partiyasının sədri, millət vəkili İlyas İsmayılovun fikrini öyrənib.

Deputat qeyd edib ki, Elxan Şükürlü partiyaya istefa ilə bağlı heç bir sənəd, ərizə verməyib:
“Mən də bu məlumatı mətbuatdan aldım. Əgər doğrudan da rəhbərliklə Elxan Şükürlünün problemi var idisə, partiyanın qərargahına gələrdi, məsələni müzakirə edəydik. Hər bir məsələ müzakirələrdə daha yaxşı həll olunur”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə