Modern.az

Fazil Mustafa istiqlalçı deputatlara prezident təqaüdü verilməsini təklif etdi

Fazil Mustafa istiqlalçı deputatlara prezident təqaüdü verilməsini təklif etdi

Təhsil

18 Oktyabr 2011, 15:01

Milli Məclisin oktyabrın 18-də keçirilən iclasında çıxış edən deputat Fazil Mustafa bildirib ki, Azərbaycan xalqının yalnız bir hissəsi müstəqilliyə nail olub, Güney Azərbaycanda yaşayan 35 milyon soydaşımız isə vaxt gələcək, müstəqilliyə nail olacaq. F. Mustafa hesab edir ki, müstəqilliyə səs verənlərlə verməyənləri ayırmaq lazım deyil:
“Yaxşı olardı ki, o dövrdə müstəqilliyə səs vermiş, indi radikal müxalifətdə olanları da Milli Məclisə dəvət edəydik. Müstəqilliyə səs verənlər və onların ailələrinə prezident təqaüdünün verilməsi də müsbət olardı”.

F. Mustafa onu da əlavə edib ki, Azərbaycan Bakını işğaldan azad etmiş Nuru Paşa məsələsinə həssas yanaşmalıdır: “Ona layiqli qiymət verilməlidir”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə