Modern.az

Hulusi Kılıç Azərbaycanı təbrik etdi

Hulusi Kılıç Azərbaycanı təbrik etdi

Təhsil

26 Oktyabr 2011, 16:03

Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç Azərbaycanın BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyünə seçilməsi münasibəti ilə təbrik mesajı ünvanlayıb.

Təbrikdə deyilir:

“Qardaş Azərbaycanın 24 oktyabr 2011-ci il tarixdə Nyu-Yorkda keçirilən seçkilərdə 155 ölkənin səsini toplayaraq  Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyünə seçilməsi münasibəti ilə böyük  məmnuniyyət hissi keçiririk.

Azərbaycanın beynəlxalq ictimaiyyət arasında artan nüfuzunun bir isbatı olan bu seçim, eyni zamanda müstəqilliyinin 20-ci ildönümündə Azərbaycanın hər sahədə qət etdiyi məsafənin bir göstəricisidir.

Qlobal təhlükəsizlik ilə bağlı ən önəmli  məsələlər barədə qərarların qəbul edildiyi  Təhlükəsizlik Şurasında yerini alan Azərbaycanı təbrik edir,  bu  mövqedə görəcəyi işlərində müvəffəqiyyətlər arzulayırıq.

Modern.az                       

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə