Modern.az

Nazirlik Türkiyə səfirliyinə 20 min ABŞ dolları yardım verib

Nazirlik Türkiyə səfirliyinə 20 min ABŞ dolları yardım verib

Təhsil

4 Noyabr 2011, 12:05

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin səlahiyyətli nümayəndələri Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət edərək nazirlik işçilərinin Vanda baş verən  zəlzələdən zərər çəkənlər üçün topladıqları 20 min ABŞ dollarını təqdim ediblər.

“Səfirliyimiz bu yardımı yüksək qiymətləndirir və bunu rabitə işçilərinin Van zəlzələsindən zərər çəkənlər üçün Qurban bayram hədiyyəsi olaraq qəbul edir və Van əhalisi adından minnətdarlığını bildirir”-deyə Türkiyənin Azərbaycandakı səfirliyi bəyan edib.

Səfirlik başda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova və bütün nazirlik əməkdaşlarına təşəkkür edib və onları Qurban bayramı münasibəti  təbrik edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR