Modern.az

ADU-nun müəllim və tələbələri Qocalar evinə gediblər

ADU-nun müəllim və tələbələri Qocalar evinə gediblər

Təhsil

4 Noyabr 2011, 12:54

Noyabrın 4-də Azərbaycan Dillər Universitetinin (ADU) 2 saylı İngilis dili fakültəsinin professor – müəllim heyəti və İngilis dilinin leksikologiyası kafedrasının əməkdaşları, həmçinin tələbələr qocalar evində olublar.
ADU Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Qurban bayramı münasibətilə kimsəsiz qocalara baş çəkən universitet əməkdaşları onlara bayram sovqatı, isti paltar aparıblar. Tələbələr hazırladıqları musiqi və rəqs nümunələrini də təqdim ediblər.

Modern.az

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi