Modern.az

“İrəvan” Vanda uçmuş teatr binasının bərpasına kömək edəcək

“İrəvan” Vanda uçmuş teatr binasının bərpasına kömək edəcək

Təhsil

18 Noyabr 2011, 18:10

Mədəniyyət və Turizm Nazirliyi ilə Türkiyədəki Azərbaycan diasporunun təşkilatçılığıyla  İrəvan Dövlət Azərbaycan Dram Teatrı bu ilin 15-24 noyabr tarixləri arasında Türkiyənin Qars, Ankara, İstanbul, Manisa, Muğla, Quş Adası və Van şəhərlərində mərhum dövlət başçısı Heydər Əliyevin siyasi həyatından bəhs edən “Xilaskar” və ermənilərin Türkiyədə və Azərbaycanda törətdikləri vəhşiliklərdən bəhs edən “Soyqırım” adlı teatrları nümayiş etdirəcəklər.

Bu barədə Modern.az saytına Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Qeyd olunan qastrol səfəri Azərbaycanın müstəqilliyini yenidən qazanmasının 20-ci ildönümü və İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaranmasının 130 illiyi münasibətilə həyata keçirilir. 

Qastrol səfəri çərçivəsində artıq Qars və Ankara şəhərlərində qeyd olunan teatrlar nümayiş etdirilib.

Manisa şəhərində səhnəyə qoyulacaq tamaşadan əldə olunacaq gəlir, Van vilayətində zəlzələ zamanı xəsarət almış teatr binasının bərpası üçün xərclənəcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi