Modern.az

Şeyx Moskvaya gedir

Şeyx Moskvaya gedir

Təhsil

18 Noyabr 2011, 18:41

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 20-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfərə yola düşəcək.

QMİ-dən bildirilib ki, səfərdən məqsəd Moskva və bütün Rusiya Patriarxı Kiril həzrətlərinin anadan olmasının 65-ci ildönümü ilə əlaqədar yubiley tədbirlərinə qatılmaqdır.

22 noyabradək davam edəcək səfər zamanı MDB Dinlərarası Şurasının həmsədri şeyxülislam Allahşükür Paşazadənin şuranın digər həmsədri - Patriarx Kirillə əlahiddə görüşü nəzərdə tutulur.

QMİ sədrinin, həmçinin,  yubiley tədbirlərində iştirak edən Ümumgürcüstan Patriarx-Katolikosu II İliya ilə görüşü planlaşdırılır.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi