Modern.az

Rumıniya nəhəngi Azərbaycana gəldi

Rumıniya nəhəngi Azərbaycana gəldi

23 Noyabr 2011, 18:54

Rumıniyanın İKT sahəsinin nəhənglərindən hesab edilən UTİ şirkəti bundan sonra Azərbaycanda da fəaliyyət göstərəcək. Bu gün Xəzər və Qafqaz regionlarının ən iri telekommunikasiya tədbiri olan “BakuTel-2011” sərgisində UTİ şirkətinin prezidenti Tiberiu  Urdareanu  Azərbaycan respublikasının Prezidenti İlham Əliyevə şirkət haqda məlumat verib və bildirib ki, gələcəkdə Azərbaycanın İKT sahəsinin inkişafına öz töhfəsini verəcək.

UTİ şirkəti 1991-ci ildə yaradılıb və  2000-ci ildən artıq isə holdinq kimi fəaliyyət göstərir.

Elektron imza, nəqliyyatın intellektual idarə edilməsi, dəniz limanlarının tikintisi və s. bu kimi sahələrlə bağlı ciddi uğurlara imza atıb. Bu şirkət əsasən  Yəmən, Polşa, Ukrayna, Serbiya, Moldova, İtaliya və Avropanın digər ölkələrində fəaliyyət göstərir.

Qeyd edək ki, UTİ-nin Azərbaycanda nümayəndəliyi artıq təsis edilib və yaxın vaxtlarda şirkətin rəsmi açılış mərasimi keçiriləcək.
UTİ şirkətinin ötən il dövriyyəsi 200 milyon ABŞ dollardan artıq olub. Ümumilikdə isə büdcəsi isə  450 milyon ABŞ dollarından artıqdır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi