Modern.az

Bakıda üç rayonun içməli suyu kəsiləcək

Bakıda üç rayonun içməli suyu kəsiləcək

8 Dekabr 2011, 13:02

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, həyata keçirilən layihələrə uyğun olaraq magistral kəmərlərin yenilənməsi işləri aparılır. Bununla əlaqədar dekabrın 8-də Bakının Nəsimi, Yasamal və Binəqədi rayonlarının bir hissəsinə - 1-ci, 2-ci, 3-cü mikrorayonlara, 2-ci Alatava yaşayış massivi və Rəsulzadə qəsəbəsinin bəzi yerlərinə  içməli suyun verilməsində gün ərzində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla  əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi