Modern.az

Gözlərin hərəkəti ilə yazan klaviatura ixtira edilib

Gözlərin hərəkəti ilə yazan klaviatura ixtira edilib

Təhsil

14 Dekabr 2011, 08:47

Hondurasdan olan 17 yaşlı oğlan misli görünməmiş klaviatura ixtira edib. Bu klaviatura əllərin toxunuşu ilə deyil, gözlərin hərəkəti ilə yazır. 
Göz almasından kompyuter sistemlərində izləmə sensoru kimi istifadə edilməsi ideyası yeni deyil, lakin Luis Fernando Kruz cəmi 300 dollara ABŞ üçün işçi versiya işləyib hazırlayıb. (AzərTAc)

Bu oğlan 16 yaşında öz ölkəsində kompyuter oyunları istehsalı tarixində ilk dəfə olaraq konsol qurğusu icad edib hazırlamaqla informasiya texnologiyaları ixtiraçısı kimi şöhrət qazanıb. Gənc alim ümid edir ki, onun son kəşfi şöhrətini daha da artıracaq.
İnterfeysin sadə izləmə qurğusu var: göz alması. O, necə deyərlər, göz bəbəklərinin hərəkətini komputerin ekranında mətnə çevirir. Kruz bunun üçün bir cüt ucuz eynəyə xüsusi elektrodlar qoşub.

 Bu elektrodlar elektrokuloqrasiya vasitəsilə baxışın necə dəyişdiyini izləyir.
İxtiranın müəllifi Luis Fernando Kruz deyib: “16 yaşında mən Hondurasda ilk videokonsol, Hondurasda ilk oyun konsol qurğusu işləyib hazırlamışam! O zaman mən interfeys əlaqəsi ilə maraqlanmağa başladım”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi