Modern.az

Milli Məclisdə Tikinti və Şəhərsalma Məcəlləsinin müzakirəsi başlayıb

Milli Məclisdə Tikinti və Şəhərsalma Məcəlləsinin müzakirəsi başlayıb

Təhsil

14 Dekabr 2011, 12:58

Milli Məclisin İnsan hüquqları, İqtisadi siyasət, həmçinin, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Tikin və Şəhərsalma Məcəlləsinin birinci oxunuşunun müzakirəsinə başlanılıb.

Məcəllə layihəsində qeyd edilir ki, şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlət orqanlarının fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.

Bununla yanaşı, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, ictimai və fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və  mədəniyyət abidələrinin qorunmasından ibarətdir.

Birgə iclasa sədrlik edən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bir müddət əvvəl Tikinti Məcəlləsi ayrılıqda müzakirəyə çıxarılarkən belə qərara alınıb ki, yenidən işçi qrupu yaradılsın və Tikinti və Şəhərsalma Məcəlləsi hazırlansın.  

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi