Gələn ilin mayında Bakıda keçiriləcək "Eurovision-2012" Mahnı Müsabiqəsi üçün Səbail rayonu ərazisində, Dövlət Bayraq meydanın yaxınlığında təxminən 25 min tamaşaçı tutumuna malik olacaq Arenanın tikintisinini həyata keçirən Almaniyanın “Alpine Bau Deutchland AG” şirkəti "Baku Crystal Hall" kompleksini 2012-ci ilin aprelində istismara verməyi planlaşdırır.
Arenanın tikinti meydanında hazırki vəziyyətə baxanda inşaat işlərinin aprelədək yekunlaşacağı şübhə doğurur.