Modern.az

İstər yol olsun, istər yolsuzluq...

İstər yol olsun, istər yolsuzluq...

Təhsil

14 Dekabr 2011, 16:59

Nissan Azərbaycan hər il olduğu kimi 2011-ci ilin sonunda da müştərilərinə Yeni il öncəsi əlverişli şərtlər təklif edir. Bank və sığorta xərcləri daxil 2500 AZN ilkin ödənişlə əldə olunan Nissan Micra, bank və sığorta xərcləri daxil 4000 AZN ilkin ödənişlə əldə olunan X-Trail avtomobillərinə 2 illik sığortanın hədiyyə olunması xəbərinin davamınca daha bir yeniliyə start verildi. İndi avtomobilsevərlər Nissan salonlarından bu yaxınlarda ixtimaiyyətə təqsdimedilən yenilənmiş Nissan Altima avtomobilini 22990 AZN-dən başlayan qiymətlərlə, Nissan Navara avtomobilini isə 24400 AZN-dən başlayan qiymətlərlə əldə etmək imkanı əldə etdilər.      

Yenilənmiş Nissan ALTIMA avtomobili müştərilərə 2.5 l benzin mühərriki ilə təchiz olunmuş iki modifikasdiyada təklif olunur. Mühərrik 188 at gücünə malikdir. Avtomobil Pilləsiz Transmissiya Sistemi ilə təchiz olunub.

Dizaynerlər Yeni Altima-nın eksteryerində ön radiator barmaqlığına, fənərlərə və buferə əl gəzdiriblər. İnteryerdə isə funksional salonu yeni multimedia sistemi olaraq rahat parketməni təmin etməyə xidmət edən arxa görüntü monitoru tamamlayır.  

Yeni ALTIMA avtomobilində əsas innnovativ texnologiya olaraq NISSAN-ın ərsəyə gətirdiyi və zaman-zaman bir çox modellərinə tətbiq olunan Pilləsiz Transmissiya Sistemini (CVT) qeyd etmək olar. Pilləsiz Transmissiya Sistemini (CVT) çalışarkən ötürmələr demək olar ki, hiss olunmur və yanacaq sərfiyyatı aşağı düşür.

Nissan Altima-da mümkün altı təhlükəsizlik yastıqları və standart ön oturacaq, fəal başaltılar avtomobildə əyləşənlərin təhlükəsizliyinin təminatıdır.  Bundan başqa avtomobildə bir neçə başqa sistem də mövcuddur ki, təhlükəsizliyi daha təminatlı edir. Məsələn, Şinlərdə Təzyiqə Nəzarət Sistemi şinlərə hava doldurulması səviyyəsinə nəzarət edir. Əgər hər hansı şində təzyiq müəyyən edilmiş göstəricidən aşağı enərsə, bu haqda sürücü dərhal xəbərdar edilir. Digər təhlükəsizlik sistemlərindən Antiblok Əyləc sistemi (ABS),  Əyləc Gücünün Elekton Paylaşdırılması Sistemi (EBD), Dartı Qüvvəsinə Nəzarət Sisteminin adlarını çəkmək olar. Bir sözlə Nissan Altima-da hər kəs özünü təhlükəsiz hiss edə bilər.

Nissan ALTIMA müştərilərə 22 990 AZN-dən başlayan qiymətlərlə təqdim olunur. Avtomobili kreditlə əldə etmək üçün bank və sığorta xərcləri daxil olmaqla  4000 AZN ödəmək yetərlidir.   

Pikap Nissan Navara azad ruhlu insanlar üçün nəzərdə tutulub. Navara sizi və yükünüzü istənilən yerə rahatlıqla çatdırmaq üçün möhtəşəm dartım, güc və sürətlə təchiz edilmişdir.

Navara sərt və dərin təsir bağışlayan xarici görünüşə malikdir. Lakin salonda siz SUV avtomobillərinə xas olan misilsiz komfort kəşf edəcəksiniz. Əyilərək nizamlanan sükan çarxı, kilidlərin mərkəzi blokirovkası sistemi, yuxarı səviyyəli komplektasiyalarda sürücü oturacağının kəmər dəstəyinin nizamlanması, kruiz kontrol və iki zonalı klimat kontrol və s. imkanlar həyatın daha xoş bir şəkildə davam etməsinə zəmin hazırlayır.

Yüksək davamlı dəmirdən ibarət F-alfa ramalı şassi Nissan şirkətinin unikal istehsalı olmaqla avtomobilin kütləsini artırmadan misilsiz etıbarlılığı təmin edir. Son dərəcə möhkəm olan rama Navaranın istənilən yüklərin öhdəsindən gəlməsinə imkan verir.

Navara hər zaman fövqəladə hallar üçün hazırlıqlıdır. Passiv təhlükəszilik sistemləri optimal mühafizə səviyyəsini, aktiv təhlükəsizlik sistemləri isə ilk növbədə qəza hallarından yayınmağı təmin edir. Ön və arxa hissələrdə mövcud olan deformasiyalı zonalar toqquşma zamanı kuzovun sərt mərkəzi hissəsini və onda olan sərnişinəri mühafizə etmək üçün zərbələrin enerjisini udmaq üçün nəzərdə tutulub. Navaranın istənilən versiyası sürücü və ön oturacaq sərnişini üçün təhlükəsizlik yastıqları ilə təchiz edilmişdir.

Üçlü tormoz sistemi təhlükəsiz və effektiv tormozlamanın təminatçısıdır. Tormoz gücünün elektron paylaşdırılması sistemi (EBD) bütün dörd təkərin yol şəraitlərindən və avtomobilin yüklənməsindən asılı olaraq optimal tormozlanmasını təmin edir. Tormoz pedalının ani anda basılması təcili tormoz köməkçisi (Nissan Brake Assist) sistemini işə salır. ABS sistemi isə tormozlama zamanı təkərlərin blokirovkasının qarşısını almaqla avtomobilin idarə olunmasına imkan yaradır.

Navara modelinin tam ötürmə sistemi sürətlər qutusnda qaldırıcı və endirici pillələrdən ibarətdir. Sürətlər qutusunda endirici pillənin işə salınması ilə birinci sürətdə transmissyanın ümumi ötürmə miqdarı sinfin ən yaxşılarından sayılmaqla sürüşkən yoxuşlarda mühüm dartım gösəricilərini təmin edir.

Nəticədə avtomobil öz sinfinin ən yaxşı dartım göstəricilərinə və sərt yoxuş və enişləri aşmaq imkanlarına malik olur. Transmissiyanın işinin hər üç rejimi idarəetmə panelində yerləşdirilmiş elektrik sistemi ilə (dönmə dayişdirici açarı vasitəsi ilə) işə salınır. Transmissya rejiminin indikatoru seçilmiş rejimi göstərir.

Nissan Navara avtomobilini 24400 AZN-dən başlayan qiymətlərlə və ya sərfəli kredit şərtləri ilə Nissan salonlarından əldə etmək mümkündür.

“NURGÜN Motors” şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 3 (Babək pr.31, Salamzadə küç.2 və Xoyski pr.104A) ünvanda, həmçinin Gəncə (Gəncə-Şəmkir şossesi 1-ci km), Şəki (M.Ə.Rəsulzadə küç.2) və Lənkəran (Ləvəngi dairəsi) şəhərlərində salonları fəaliyyət göstərir. “Nurgün Motors”un salonlardan alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. “Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.

“Nurgun Motors” müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülmüşdür. 



Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi