Modern.az

Deputat Cavid Qurbanov: “Şəhəri yumaqdan bezmişik”

Deputat Cavid Qurbanov: “Şəhəri yumaqdan bezmişik”

Təhsil

14 Dekabr 2011, 17:54

Bu gün qanunvericilikdə tikinti işləri ilə bağlı  əhtraf mühitə vurulan ziyana görə məsuliyyət məsələsi  aşıq şəklidə göstərilməli və  bu yöndəki maddələr daha da sərtləşdirilməlidir.

Modern.az-ın məlumata görə, bunu millət vəkili, “Azəryolservis” Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov parlament  komitələrinin birgə keçirilən iclasında söyləyib.

Onun sözlərinə görə, tikinti işləri ilə məşğul olan və ətraf mühitə böyük ziyan vuran şirkətlər, təşkilatlar bu məsələdə ciddi məsuliyyət, cavabdehlik hissi  daşımırlar:

“Demək olar ki, tikinti işləri ilə bağlı hər gün yollara palçıq, zığ axıdılır. Biz artıq hər gün şəhəri yumaqdan bezmişik. Axı, nə qədər şəhəri yumaq olar?! Tikinti işləri ilə bağlı əmələ gələn palçığa, zığa, ətraf mühitə dəyən ziyana görə də heç kim heç bir məsuliyyət daşımır. Odur ki, Tikinti və Şəhərsalma Məcəlləsində bu məsələyə görə nəzərdə tutulan maddələr sərtləşdirilməlidir. Buna çox böyük ehtiyac var. Yoxsa, bu qanun “taxtapuşta” qanun olacaq”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi