Modern.az

Prezident Milli Məclisə yeni sənəd göndərib

Prezident Milli Məclisə yeni sənəd göndərib

Təhsil

15 Dekabr 2011, 12:22

Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. Modern.az saytının məlumatına görə, komitəyə Prezident tərəfindən yeni sənəd – “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsi daxil olub.

Qanun layihəsində bir sıra maraqlı məqamlar var. Belə ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinə əsasən dağınıq skleroz xəstəliyinə tutulmuş şəxsələrə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyən edir. Bu xəstəliyin profilaktik müalicəsi yaranan münasibətləri tənzimləyir.

Dağınıq skleroz-nevroloji siptomatikalı, mərkəzi və periferik sinir sisteminin çoxacaqlı tutması müşahidə olunan, irləliyən gedişli xroniki xəstəlik deməkdir.

Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin registri dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər haqqında Məlumat Bankının yaradılması məqsədilə onların qeydiyyatı üçün təşkil edilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi