Modern.az

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Təhsil

15 Dekabr 2011, 12:55

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumata görə, sabah mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti təşkil edəcək. 

Rayonlarda isə hava şəraitinin gecə və axşam əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. 
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13 dərəcə şaxta təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, dekabrın 16-dan 18-dək Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi