Modern.az

Abdulla Gül: "Nazarbayev Türk dünyasının ağsaqqalıdır"

Abdulla Gül: "Nazarbayev Türk dünyasının ağsaqqalıdır"

Təhsil

15 Dekabr 2011, 13:24

Türkiyə prezidenti Abdulla Gül Qazaxstanın dövlət başçısı Nursultan Nazarbayevi “Türk dünyasının ağsaqqalı” adlandırıb.

Modern.az-ın məlumatına görə, Abdulla Gül Qazaxstanda yayımlanan “Xəbər” televiziya kanalının müxbirinə ölkənin müstəqillik qazanmasının 20-ci ildönümü ilə əlaqədar yayınlanacaq “Qazaxstan-2011” kitabı üçün müsahibə verib.

Kitabı Qazaxstan Elmlər Akademiyası ilə Qazaxtan Prezidentliyinin Mətbuat Mərkəzi birgə hazırlayır. Abdulla Gül müsahibəsində Qazaxstanın Türkiyə üçün əhəmiyyətliliyinə diqqət çəkib.

Qazaxstan prezidenti Nursultan Nazarbayevi Türk dünyasında önəmnli bir yerə sahib olduğunu deyən Türkiyənin prezidenti “mən hörmətli Nazarbayevi türk dünyasının ağsaqqalı adlandırıram” deyə qeyd edib.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi