2011-ci il ərzində Ermənistan özündə saxladığı bir azərbaycanlı hərbi əsiri Azərbaycana qaytarıb, bir əsiri isə üçüncü ölkəyə göndərib. Modern.az erməni KİV-lərinə istinadən bildirir ki, bu barədə Ermənistanın müdafiə naziri Seyran Ohanyan əsir və itkinlərlə bağlı Komissiyanın yekun iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfində saxlanılan erməni hərbi əsirlərindən bir nəfəri, Artur Bədəlyan qaytarılıb, üç erməni əsiri isə üçüncü ölkəyə göndərilib.