Modern.az

Keçmiş Tramvay-Trolleybus işçisi, hərbi komissar, icra başçısı və indiki deputatın ad günüdür

Keçmiş Tramvay-Trolleybus işçisi, hərbi komissar, icra başçısı və indiki deputatın ad günüdür

Təhsil

16 Dekabr 2011, 13:28

59 saylı Salyan seçki dairəsindən bitərəf deputat Əliağa Hüseynovun 65 yaşı tamam olub. Modern.az-ın məlumatına görə, Əliağa İzzət oğlu Hüseynov 16 dekabr 1946-cı ildə Salyan rayonunda doğulub. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. 1970-1972-ci illərdə Bakı şəhər Tramvay-Trolleybus idarəsində işləyib.

1972-ci ildə Bakıda Marksizm – Leninizm Universitetində siyasi təhsil alıb. Həmin ildən başlayaraq  hərbi komissarlıq sistemində işləyib.  

Ə.Hüseynov düz 32 il - 1978-2010-cu illərdə Azərbaycan Respublikasının Hərbi Komissarı olub.

2009-cu il 10 noyabr tarixində Prezidentin sərəncamı ilə o, həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb və 2009-cu il 11 noyabr tarixində Salyan rayon İcra Hakimiyyətinə başçı təyin olunub. 7 noyabr 2010-cu ildə Salyan seçki dairəsindən Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilib. Və avtomatik olaraq başçısı postundan gedib. Parlamentin təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi