Modern.az

62 yaşlı Alla Puqaçova 35 yaşlı aktyora ərə getdi

62 yaşlı Alla Puqaçova 35 yaşlı aktyora ərə getdi

Təhsil

24 Dekabr 2011, 13:05

Rusiyanın məşhur estrada ulduzu Alla Puqaçova tanınmış aktyor Maksim Qalkinlə rəsmi nikah bağlayıb. Modern.az Rusiya mətbuatına istinadən bildirir, cütlük dünən gizli şəkildə Moskvadakı VVAQ idarələrinin birində münasibətlərini rəsmiləşdirib. 62 yaşlı Alla Puqaçova 10 ildən çox idi 35 yaşlı Maksim Qalkinlə vətəndaş nikahında yaşayırdı. Onların toyu bu gün olacaq.

Bu, 62 yaşlı gəlinin beşinci nigahı olacaq. O, bunadək sirk artisti Mikolas Orbakasla, rejissor Aleksandr Stefanoviçlə, prodüser Yevgeni Boldinlə, müğənni Filip Kirkorovla evli olub. Maksim Qalkin isə ilk dəfər rəsmi nikaha girib.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi