Modern.az

Yaqub Mahmudovdan ittihamlara CAVAB: “Arsak saklarla bağlıdır!” - VİDEO

Yaqub Mahmudovdan ittihamlara CAVAB: “Arsak saklarla bağlıdır!” - VİDEO

Təhsil

17 Sentyabr 2020, 09:45

Sosial şəbəkələrdə və bəzi saytlarda "Tarix dərsliyində Qarabağın adı "Artsax" olaraq yazıldı" başlığı ilə xəbər yayılıb. Modern.az xəbər verir ki, AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov "ATV Xəbər"ə açıqlamasında dərslikdə "Artsax" deyil, Arsak (Ərsak) yazıldığını bildirib.

Qeyd edək ki, nəşrdə Arsakın (Ərsak) izahı da verilib:

"Maraqlıdır ki, Qafqazda ilk xristian məbədi Qarabağda – qədim türk tayfası olan sakların toplu halda yaşadığı Ərsakda (Arsak) yaradılmışdır. Hazırda xristian məbədlərimiz erməni işğalı altındadır. Ermənilər bu məbədlərin üzərindəki kitabələri saxtalaşdırıb dünyaya erməni abidəsi kimi təqdim edirlər. Ərsak – erkən orta əsrlərdə Qarabağın dağlıq hissəsi sak ərinin – igidinin adı ilə bağlı belə adlanırdı. Erməni işğalçıları qədim Azərbaycan torpağı olan Qarabağın dağlıq ərazilərinə sahib çıxmaq üçün Ərsak adını saxtalaşdırıb "Artsax" kimi təqdim edirlər".

Sizə yeni x var
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!