Modern.az

Şəhid ailələri ilə bağlı universitet rəhbərlərinə TAPŞIRIQ VERİLDİ

Şəhid ailələri ilə bağlı universitet rəhbərlərinə TAPŞIRIQ VERİLDİ

30 Yanvar 2021, 16:50

Bu günə qədər Vətən müharibəsində şəhid olmuş şəxslərin ali təhsil müəssisələrində təhsil alan 35 nəfər yaxın qohumu, bacı, qardaş və həyat yoldaşının təhsil haqqının ödənilməsi müsbət həll olunub.

 

Modern.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev sosial şəbəkə üzərindən vətəndaşların suallarını cavablabdırarkən bildirib.

Nazir qeyd edib ki, bu istiqamətdə bir neçə qurum tərəfindən birgə iş aparılır, YAŞAT fondu yaradılıb:

"Hazırda nazirlik olaraq məsələyə dair müəyyən qərar layihələri hazırlamışıq. Ali təhsi müəssisələrinin rəhbərlərinə də tapşırıram ki, şəhid ailələrilə bağlı xüsusi yanaşma olsun".

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?