Modern.az

Elmar Məmmədyarov gələn həftə Nyu-Yorka gedir

Elmar Məmmədyarov gələn həftə Nyu-Yorka gedir

Təhsil

22 Sentyabr 2012, 11:14

Xarici işlər naziri Elmar Məmmədyarov gələn həftə Nyu-Yorka gedəcək. XİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, E. Məmmədyarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirak etmək məqsədi ilə sentyabrın 24-28-də Nyu-York şəhərinə səfər edəcəkdir.

Səfər çərçivəsində Nazir Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin illik iclasında, həmçinin GUAM-a üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirakı nəzərdə tutulur. Nazir Elmar Məmmədyarovun BMT-nin Baş Assambleyasında çıxışı 28 sentyabr tarixinə planlaşdırılır. 

Elmar Məmmədyarovun həmçinin bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.  

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ