Modern.az

Universitetlərdə bəzi proqramlar dəyişdirilməlidir - NAZİR

Universitetlərdə bəzi proqramlar dəyişdirilməlidir - NAZİR

Təhsil

17 Dekabr 2021, 11:30

“Ali təhsil müəssisələrində bəzi proqramlar həqiqətən də əsaslı dəyişikliklərə məruz qalmalıdır. Bu da həmin sahədəki mütəxəssislərin işidir”.

 

Modern.az xəbər verir ki, bu sözləri Təhsil Naziri Emin Əmrullayev jurnalitslərə açıqlamasında deyib.

 

O qeyd edib ki, universitetlərdə tədrislə bağlı məzmunda daim dəyişikliklər olur, ali təhsil proqramları yenilənir və təkmilləşir:

 

"Təbii ki, dövr dəyişdikcə həm yeni ixtisaslar, həm ixtisasların proqramları yaranır, həm də mövcud ixtisasların proqramları təkmilləşir. Düşünürəm ki, bu dəyişikliklərin olması da labüddür. Təhsil Nazirliyi də ekspert komissiyalarının rəyi əsasında həmin proqramları təsdiq edir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat