Modern.az

Təhsil idarələri işçilərinin say həddi müəyyənləşdi

Təhsil idarələri işçilərinin say həddi müəyyənləşdi

4 Fevral 2022, 18:35

Təhsil Nazirliyinin Aparatının, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsil idarələrinin işçilərinin say həddi müəyyən edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.

 

Qərarla Təhsil Nazirliyinin Aparatının işçilərinin say həddi 204 ştat vahidi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin işçilərinin say həddi 105 ştat vahidi və regional təhsil idarələrinin işçilərinin say həddi 717 ştat vahidi müəyyən edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?