Modern.az

Tələbələr üçün Prezident təqaüdü artırıldı - FƏRMAN

Tələbələr üçün Prezident təqaüdü artırıldı - FƏRMAN

14 Fevral 2022, 16:24

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.

 

Modern.az xəbər verir ki, Fərmana əsasən, “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanının 1-ci hissəsində “210 (iki yüz on)” sözləri “250 (iki yüz əlli)” sözləri ilə əvəz edilib.

 

Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?