Modern.az

Astara məktəblisi dünyanın top universitetini qazandı

Astara məktəblisi dünyanın top universitetini qazandı

Təhsil

15 Mart 2022, 13:10

Astara rayonu Pensər kənd 2 nömrəli məktəb-liseyin şagirdi Salman Hüseynov dünyanın top universitetlərindən olan Massaçusest Texnologiya Universitetinin (MIT) təqaüdünü qazanıb.

 

Modern.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, Salman Hüseynov 2019-2020-ci tədris ilində keçirilən respublika fənn olimpiadalarında kimya fənni üzrə II yer, 2020-2021-ci tədris ilində isə I yerin qalibi olub.

 

Beynəlxalq olimpiadalarda da iştirak edən Astara məktəblisi 2021-ci ildə Yaponiyada təşkil edilən ICHO - Beynəlxalq Kimya Olimpiadasında (distant) III yeri əldə edərək bürünc medal qazanıb.

 

Salman Hüseynov hazırda beynəlxalq olimpiada hazırlıq mərkəzində kimya fənni üzrə dərslərdə iştirak edir.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?