Modern.az

Magistr rekordçusunun hədəfi böyükdür - ABŞ-da oxumaq şansı var

Magistr rekordçusunun hədəfi böyükdür - ABŞ-da oxumaq şansı var

Təhsil

1 İyun 2022, 17:23

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına mayın 29-da keçirilmiş qəbul imtahanının (II cəhd) nəticələrini elan edib.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, imtahanda ən yüksək bal toplayan bakalavr Tamerlan Abdullayevdir.

 

Xəzər Universitetinin məzunu olan Tamerlan Abdullayev 99 balla ölkə birincisi olub. 

 

İmtahandan sonra təəssüratlarını Modern.az-a bölüşən rekordçu hədəflərinin böyük olduğunu deyib. O xaricdə doktorantura təhsilinə də qəbul alıb: 

 

"Bakalavrda ixtisasım kompüter mühəndisliyidir və bu istiqamətdə davam edəcəyəm. Hələlik universitet seçimi etməmişəm. Hazırda ABŞ-da Sinsinnati Universitetindən doktorantura təhsili üçün tam təqaüdlə qəbul almışam. Dəqiq bilmirəm ki, burada davam edim, yoxsa ABŞ-a gedim. Amma qiyabi oxumaq fikrim də var. Hələlik qərar verməmişəm". 

 

T. Abdullayev imtahana hazırlaşanlara məsləhətlərini də çatdırıb:  

 

"Əgər böyük hədəfləri yoxdursa, yetərli balı yığmaları kifayətdir. Mənim hədəfim böyük idi, ona görə ciddi hazırlaşdım. Amma çox oxumaq yox, keyfiyyətli oxumaq lazımdır". 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır