Modern.az

Məktəblərdə bu qədər müəllimə ehtiyac var - Vakant yerlərin sayı

Məktəblərdə bu qədər müəllimə ehtiyac var - Vakant yerlərin sayı

Təhsil

2 İyun 2022, 11:14

"Adətən müəllimlərin işlə qəbulu müsabiqəsinə (MİQ) 8 minə yaxın, bəzən 8 mindən çox vakant yer çıxarılır. Bu il də bu qədər vakant yerin olacağı gözlənilir".

 

Modern.az xəbər verir ki, bunu İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli "Təhsil masası"nda deyib.

 

O bildirib ki, müddətsiz işə qəbulu üzrə müsabiqə bir turda keçiriləcək:

 

"Müəllimlərə seçim edərkən bu amili nəzərə almalarını xahiş edirik. Əsasən musiqi, təsviri incəsənət, kimya, biologiya fənləri üzrə vakant yerlər çoxluq təşkil edir. Müəllimlər seçimdə 8 yer yaza biləcəklər".

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?