Modern.az

Bakı məktəblərində işə qəbul olunan müəllimlərin SAYI

Bakı məktəblərində işə qəbul olunan müəllimlərin SAYI

Təhsil

10 İyun 2022, 09:33

2021-2022-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsində 2 550 nəfər uğur qazanıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, onlardan 721 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 1 579 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesində, 250 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?