Bu gün gənclər və idman naziri Azad Rəhimov Lənkəran şəhərində vətəndaşların qəbulu keçirilib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ümumilikdə qəbulda Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarından 50-dən çox vətəndaş iştirak edib.
Qəbula gələn yerli sakinlər əsasən öz şəxsi problemlərini dilə gətirərək müxtəlif məsələlər üzrə kömək istəyiblər. Maraqlıdır ki, qəbula gələn gənclərin bir qismi müxtəlif ideya və təkliflər irəli sürüblər. Müraciət edən vədəndaşlar daha çox yol çəkilişi, sahibkarlıq fəaliyyəti, güləş məktəbinin açılmasına kömək, süni örtüklü futbol meydançası, narkomaniya ilə mübarizə kurslarının təşkili, güzəştli ipoteka krediti, dövlət qulluğuna qəbul, bəzi kəndlərdə futbol meydançasının inşası, işə düzəlmə, gənclər təşkilatının yaradılması, gənclərin asudə vaxtının səmərəli təşkili üçün gənclər mərkəzinin inşası, yeni idman məktəblərinin və idman bölmələrinin açılması, elmi layihənin dəstəklənməsi, məktəbdə idman zalının tikintisi və s. məsələlərlə bağlı olub.
Aytən Əliyeva