Modern.az

Əsəd əfv elan etdi

Əsəd əfv elan etdi

3 Aprel 2013, 10:34

Suriya prezienti Bəşər Əsəd əfv sərəncamı imzalayıb. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Əsədin sərəncamı ölkədə insan oğruluğu ilə məşğul olan şəxslərə şamil ediləcək.

Belə ki, Əsəd Suriyada baş verən vətəndaş müharibələrində günahsız insanları qaçıran cinayətkarlara müraciət edib. Prezidentin müraciətində qeyd olunur ki, ölkədə insan oğlurluğu ilə məşğul olan şəxslər öz cinayətlərini etiraf edərək saxladıqları şəxsləri 15 ərzində sərbəst buraxarlarsa həbs olunmayacaqlar. Əks təqdirdə onlara qarşı sərt cəza tədbirləri görüləcək.

Qeyd edilib ki, Suriyada baş verən vətəndaş müharibələrində minlərlə yerli sakin qaçırılıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?