Modern.az

I sinif və məktəbəhazırlıq qruplarına qeydiyyat başa çatır

I sinif və məktəbəhazırlıq qruplarına qeydiyyat başa çatır

Təhsil

14 Sentyabr 2022, 09:34

Bu gün saat 18:00-da mektebeqebul.edu.az elektron sistemində 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə və məktəbəhazırlıq qruplarına uşaqların qəbulu prosesi yekunlaşdırılacaq.

 

Elm və Təhsil Nazirliyindən Modern.az-a verilən xəbərə görə, elektron sistemdə qeydiyyat etməyən valideynlər göstərilən tarixədək övladlarının qeydiyyatını etməli və müvafiq ümumi təhsil müəssisəsinə sorğu yerləşdirməlidirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?