Modern.az

İlhamə Quliyeva ilə Nazpərinin məhkəməsi təxirə salındı

İlhamə Quliyeva ilə Nazpərinin məhkəməsi təxirə salındı

Təhsil

5 Aprel 2013, 20:45

Xalq artisti İlhamə Quliyevanın xalq artisti Nazpəri Dostəliyevaya qarşı qaldırdığı iddia üzrə məhkəməyə hazırlıq prosesi təxirə salınaraq aprel ayının 9-na təyin edilib. Bu barədə  APA-ya İ. Quliyevanın vəkili Şəfiqə Nağıyeva məlumat verib. Vəkil bildirib ki, qarşı tərəf məhkəmə prosesində iştirak etmədiyinə görə məhkəmə təxirə salınıb.

 N. Dostəliyevanın vəkili Yunus Vəliyev isə onlara məhkəmənin tarixi barədə məlumat verilmədiyini söyləyib. O, lazımi sənədləri toplayıb qarşı tərəfi məhkəməyə verməyə hazırlaşdıqlarını da açıqlayıb.   

Qeyd edək ki, bir müddətdir xalq  artistləri arasında qalmaqal yaşanır. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!