Modern.az

Təhsil kreditlərinin verilməsi qaydası DƏYİŞDİ

Təhsil kreditlərinin verilməsi qaydası DƏYİŞDİ

20 Dekabr 2022, 10:58

Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda dəyişiklik edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin müvafiq qərarını imzalayıb.

 

Qərara əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası alanlara, eləcə də ölkənin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək “Müharibə veteranı” adı almış şəxslərə sosial təhsil tələbə kreditindən istifadə etmək hüququ verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə